sən (siz) hara, bura hara!

what fates bring you here? / what chance brings you here? / well, I never! / fancy meeting you! какими судьбами? / как ты попал сюда?
Sən saydığını say, gör fələk nə sayır.
sən və sənə oxşayanlar
OBASTAN VİKİ
Ayumi Hara
Ayumi Hara (d. 21 fevral 1979) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 42 oyun keçirib, 2 qol vurub.
Hiromi Hara
Hiromi Hara (d. 19 oktyabr 1958) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 75 oyun keçirib, 37 qol vurub.
Masafumi Hara
Masafumi Hara (d. 21 dekabr 1943) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Natsuko Hara
Natsuko Hara (d. 1 mart 1989) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Natsumi Hara
Natsumi Hara (d. 18 avqust 1988) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Hisaiçiro Hara
Hisaiçiro Hara (原久一郎, Hara Hisaiçiro, 10 aprel 1890, Niiqata prefekturası – 19 oktyabr 1971) – Yaponiya ədəbiyyatşünası və tərcüməçisi. Rus ədəbiyyatını tədqiq etmişdir. Hisaiçiro Hara 1890-cı ildə Yaponiyanın Niiqata prefekturasında doğulmuşdur. 1914-cü ildə Vaseda Universitetinin ingilis ədəbiyyatı şöbəsini, 1917-ci ildə Tokio Xarici Dillər Məktəbinin rus dili bölməsini bitirmişdir. 1921-ci ildə Vaseda Universitetinin rus dili bölməsində müəllim kimi işləməyə və rus ədəbiyyatının əsərlərini tərcümə etməyə başlamışdır. Lev Tolstoyun yaradıcılığını yaxından öyrənmiş, rus ədəbiyyatındakı idealistik realizmi və humanizmi Yaponiyaya populyarlaşdırmağa çalışmışdır. "Lev Tolstoyun tamamlanmış əsərləri" və "İvan Turgenyevin tamamlanmış əsərləri"ni tərcümə etmişdir. The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961.
Eddi O'Hara
Eddi O'Hara (28 Oktyabr 1943 – 14 Oktyabr 2016) — Müdafiənin sol cinahında çıxış etmiş Şotlandiya futbolçusudur. Eddi O'Hara Şotlandiyanın Qlazqo şəhərində anadan olmuşdur. O'Hara Falkirk, Şettleston, Roterham Yunayted, Everton, Morotn, Barnsli və Bloemfonteyn Siti klublarında çıxış etmişdir. O'Hara uzun sürən xəstəlikdən sonra 14 oktyabr 2016-cı ildə 80 yaşında vəfat etmişdir.
Siz
Siz (fr. Cize) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Seryezya kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01106. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi.
Xəyallar hara gətirə bilər (film, 1998)
Xəyallar hara gətirə bilər (ing. What Dreams May Come) — Riçard Metisonun eyniadlı əsəri əsasında Vinsent Uord tərəfindən çəkilmiş fentezi-dram filmi. Film ən yaxşı vizual effektlər nominasiyasında Oskar mükafatının laureatı olmuşdu. Kris və Enni tətildə olarkən tanış olurlar. Aşiq olduqdan sonra evlənirlər, vaxt keçdikcə bir oğul və bir qızları da olur. Amma bir gün hər iki övladını avtomobil qəzasında itirirlər. Enni depressiyaya düşür, Kris isə unutmağa çalışaraq pediatr peşəsinə çoxlu vaxt ayırır. Dörd il sonra Kris də avtomobil qəzasına düşərək dünyasın; dəyişir. Ruhu arvadı Enninin yanında qalır, Enni bunu hiss edir, lakin psixikası dözmür. Buna görə Kris onu tərk edir və cənnətə düşür.
Bura Azərbaycandır
Bura Azərbaycandır ! — Azərbaycan Respublikasında ictimai konsepsiya, inkişaf etmiş ölkələrlə Azərbaycanın müqayisəsini apararkən ölkədəki mövcud problemlərə haqq qazandırmaq üçün işlədilən termin. XX əsrin 90-cı illərində yaranmışdır. XXI əsrin ilk onilliyinin sonlarında xüsusilə kütləviləşərək azərbaycanlıların milli şüurunda güclü şəkildə kök salmışdır. Nəticədə bir mənalı şəkildə problemlər ört-basdır edilir və "Bura Azərbaycandır!" mənfi pafosla vurğulanır. == Xarici keçidlər == Ürfan Məmmədli. Bura Azərbaycandır!
Bura Azərbaycandır!
Bura Azərbaycandır ! — Azərbaycan Respublikasında ictimai konsepsiya, inkişaf etmiş ölkələrlə Azərbaycanın müqayisəsini apararkən ölkədəki mövcud problemlərə haqq qazandırmaq üçün işlədilən termin. XX əsrin 90-cı illərində yaranmışdır. XXI əsrin ilk onilliyinin sonlarında xüsusilə kütləviləşərək azərbaycanlıların milli şüurunda güclü şəkildə kök salmışdır. Nəticədə bir mənalı şəkildə problemlər ört-basdır edilir və "Bura Azərbaycandır!" mənfi pafosla vurğulanır. == Xarici keçidlər == Ürfan Məmmədli. Bura Azərbaycandır!
Biz haradan gəlmişik? Biz kimik? Biz hara gedirik?
“Biz haradan gəlmişik? Biz kimik? Biz hara gedirik?" (fr. D’où venons nous? Que sommes nous? Où allons nous?) — Pol Qogenin ən məşhur rəsmlərindən biri. 1897-1898-ci illərdə Taitidə yaradılmış bu əsər hal-hazırda ABŞ-ın Massaçusets ştatının Boston şəhərindəki Təsviri sənət muzeyindədir . Pol Qogen 1891-ci ildə Taitiyə doğma Fransadan daha təbii və sadə bir cəmiyyət axtarmaq üçün gəlmişdi. Fərdi mifologiyasını ifadə edən bir neçə başqa rəsm əsəri ilə yanaşı, o, bu rəsmə 1897-ci ildə başlamış və 1898-ci ildə tamamlamışdır. Rəssamın özü bu əsərini fikirlərinin ülvi zirvəsi hesab edirdi.
Əzizim! Bura Hindistandır
Oh Darling! Yeh Hai India! (mənası: Əzizim! Bura Hindistandır) — Ketan Mehtanın rejissorluq etdiyi Bollivud filmi.
Sən-Bris qətliamı
Müqəddəs Brays Günü qətliamı — 1002-ci ildə İngiltərə kralı Etelred ölkədə yaşayan bütün danimarkalıların qırılması barədə göstəriş vermişdir.
Sən Gedən Gündən
"Sən gedən gündən" — Zülfiyyə Xanbabayevanın ikinci studiya albomudur. Albom 2002-ci ildə işıq üzü görüb. Bu albom həmin il üçün Azərbaycanda ən çox satılan albom olub.
Sən günəşsən (mahnı)
Əlvida — Azərbaycan musiqiçisi Qara Dərvişin sözləri və musiqisi özünə aid olan mahnısı. Mahnının sözləri Qara Dərviş və Aqşin Fatehə, bəstəsi, aranjemanı isə Qara Dərvişə aiddir.
Sən gəlməz oldun
“Sən gəlməz oldun” — bəstəkar Ələkbər Tağıyevin şairə Mədinə Gülgünün sözlərinə bəstələdiyi mahnı. Mahnını vaxtı ilə Zeynəb Xanlarova, Məmmədbağır Bağırzadə, Faiq Ağayev və s. ifa ediblər. Xarici müğənillərdən Türk dilində Sibel Can və Gülay Sezər, Azərbaycan dilində Sati Kazanova, Rus dilində Soqdiana (“Məni yada sal” adı ilə). Mahnı 1973-cü ildə Ələkbər Tağıyev tərəfindən qardaşı oğlunun həyat yoldaşı Sevda xanıma həsr olunub. Sevda xanımın uşağı olandan sonra özü xərçəng xəstəliyinə düçar olur və o, uşağı bir yaşa dolmamış vəfat edir. Bu hadisə Ələkbər Tağıyevə çox təsir edir. Nəticədə o bu mahnını Sevda xanıma ithaf etmiş olur.
Sən mənlə (mahnı)
Sən mənlə — Azərbaycanlı müğənni Ayaz Babayevin mahnısıdır. “Sən mənlə” adlanan mahnını, müğənninin bir çox xitlərinin müəllifi tanınmış rap ustası Noton M Kalibre yazıb. Rejissorluqunu Fərman Bəşirlinin üstələndiyi klipdə müğənninin tərəf müqabili tanınmış influencer Apruza Aliyeva olub. Rejissor yardımçısı istedadlı videoqraf İsmayıl İsmayılov olub. Mahnının aranjemanı, mix, masterini Yüzbek Zagirov və Nihad Məlikov üstələnib. İfa sevgililər gününə özəl olaraq hazırlanmışdır. Klipdə simaların qrimi tanınmış makeup artistlər Məsi Rəhman və Rəvana Rzayevaya, saç imicləri Məmmədli Nigar aiddir.
Sən Anlat Qaradəniz
Sən çal qapımı
Sen Çal Kapımı, "MF Yapım" tərəfindən idarə olunan, birinci hissəsi 8 iyul 2020-ci ildə nəşr olunan, Ender Mıhlar və Yusuf Pirhasan, ikinci hissədən isə Altan Dönmezin rejissorluğu ilə çəkilən Türk istehsalı dram və romantik komediya serialıdır. Serialda baş rolları Hande Erçel və Kerem Bursin paylaşır. 2 sezondan ibarət olan serial 8 sentyabr 2021-ci ildə yayımlanan 52-ci bölümü ilə finala çıxaraq sona çatdı.
Şuşa, sən azadsan!
Şuşa, sən azadsan! — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyasının birgə istehsalı olan sənədli film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Zəfər bayramı ərəfəsində çəkilib. II Qarabağ müharibəsinin ən mühüm döyüşlərindən olan Şuşa əməliyyatının maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim edilmişdir. Filmdə Şuşa əməliyyatını həyata keçirən əsgər və zabitlərin müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer almışdır.
Sən niyə susursan?
Sən niyə susursan? — Həsən Seyidbəylinin filmi. Filmdə mürəkkəb əxlaqi problemlər qaldırılır, şərəfsizlik, biganəlik, möhtəkirlik kimi mənfi keyfiyyətlərə qarşı mübarizəyə çağırış səslənir. Film aktrisa Əminə Yusifqızının kinoda ilk roludur. Ssenari müəllifi: Həsən Seyidbəyli Quruluşçu rejissor: Həsən Seyidbəyli Quruluşçu operator: Rasim Ocaqov Quruluşçu rəssam: Kamil Nəcəfzadə Bəstəkar: Tofiq Quliyev Rejissor: Rasim Ocaqov Səs operatoru: Əziz Şeyxov Mahnı ifa edən: Gülağa Məmmədov (titrlərdə yoxdur) Xəyal Axundzadə — Rasim Rəna Səlimova — Cəmilə Yusif Vəliyev — Şirməmməd Zemfira Sahilova — Sürəyya Oleq Xabalov — Nəcəf Məmmədsadıq Nuriyev — arıq Kamil Qubuşov — bəbir Həsənağa Turabov — milis mayoru Ağarza Quliyev — kənd müəllimi Fazil Salayev — qatil Sadıq Hüseynov — sahə müvəkkili Mirzə Babayev — birinci avtomüfəttiş Eldar Əliyev — ikinci avtomüfəttiş Amaliya Pənahova — uşaqlı qadın M.Vasilixin H.Əliyev Ziya Seyidbəyli - Arıqın oğlu Məryəm Seyidbəyli — şagird Əminə Yusifqızı Ş.Bağırova Süsən Məcidova — bəbirin yanında işləyən qadın Məmməd Sadıqov — qarmon çalanın atası Həsən Əbluc — Rasim (Xəyal Axundzadə) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Cəmilə (Rəna Səlimova) (titrlərdə yoxdur) Ağasadıq Gəraybəyli — birinci avtomüfəttiş (Mirzə Babayev) (titrlərdə yoxdur) Məmmədrza Şeyxzamanov — kənd müəllimi (Ağarza Quliyev) (titrlərdə yoxdur) Şahmar Ələkbərov — milis işçisi (titrlərdə yoxdur) Seyidbəyli, H. "Sən niyə susursan?" ["Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi eyniadlı kinofilm haqqında] //Kino yenilikləri.- 1967.- 11–20 sentyabr. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Həyat, sən kiminsən?
Həyat, sən kiminsən? — 1972-ci ildə Əmirhüseyn Məcidov tərəfindən ekranlaşdırılmış dram filmi. Azərbaycanın ucqar kəndlərindən biri... 30-cu illər. Kollektivləşmə dövrü. Hadisələr əsasən yenilik rəmzi kimi kəndə işləməyə gəlmiş gənc bir müəllimin (Tariyel Qasımov) ətrafında cərəyan edir. Müəllimin kəndə gəlişi ilə kimsəsiz qız (Zemfira İsmayılova) nişan üzüyündən imtina edir və meylini müəllimə salır. Burada qızın keçmiş nişanlısının taleyindən də bəhs olunur. Filmin sonunda müəllim gənc oğlanın məhəbbətinə mane olmamaq üçün kənddən getməyi qərara alır. Lakin məhəbbəti daşa dəymiş gənc onu yenidən kəndə qaytarır.
Sən yaşamağa bax
Sən yaşamağa bax — 21 mart 2022-ci ildə Netflix-də yayımlanan, rejissoru Hakan Kırvavaç, ssenari müəllifi Hakan Bonomo, baş rollarda Kaan Urqancıoğlu və Aslı Enverin oynadığı, "TAFF Pictures" istehsalı türk dram filmi.
Hadrud, sən azadsan!